“AGBank” və “DəmirBank” birləşəcək

06.03.2020 09:38

“AGBank” və “DəmirBank” birləşmək niyyəti barədə protokol imzalayıblar.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, bunu Trend-ə “AGBank”dan deyiblər.

Protokol bu həftə imzalanıb.

Bankdan bildiriblər ki, bu, hələ niyyətdir, yəni iki hüquqi şəxs birləşmək niyyəti barədə protokol imzalayıb: “İki hüquqi şəxsin gələcək addımları birləşməyə və güclü bankın yaranmasına gətirib çıxarmalıdır. Hazırda fəaliyyət planı yoxdur, konsolidasiyanın formatı və müxtəlif nüanslar gələcəkdə imzalanacaq”.