Azərbaycanda kriminal avtoritet tutuldu

06.03.2020 09:38

Azərbaycanda kriminal avtoritet tutulub.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Bağırov saxlanılıb. Ondan 100 qram tiryək götürülüb.

Məlumata görə, R. Bağırov kriminal aləmlə yaxından əlaqələri olan şəxslərdəndir və “Şaşı” ləqəbi ilə tanınır.

R. Bağırov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.