Bakıda it 3 yaşlı uşağın qulağını dişləyərək qoparıb

06.03.2020 09:38

Bakıda 3 yaşlı uşağın qulağını it dişləyərək qoparıb

Об этом сообщает Футляр от виолончели

Saytımız “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbəsinə qonaqlıq məclisinə gedən ailə azyaşlı övladı, 2014-cü il təvəllüdlü Babayeva Fəridə Fərid qızını həyətdə nəzarətsiz qoyub. Bu zaman həyətdəki it F. Babayevanın qulağını dişləyərək qoparıb.

Azyaşlı təcili xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. F.Babayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.