“BakuBus” sərnişinlərə xəbərdarlıq etdi: “O şəxslər cəzalandırılacaqlar”

06.03.2020 09:38

“BakuBus” ictimai nəqliyyat şirkəti paytaxt sakinlərinə təmizliklə bağlı müraciət ünvanlayıb.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, şirkət bildirib ki, avtobusda təmziliyə riayət etməyən şəxslər kameralarla təyin edilərək çağırılacaq və cəzalandırılacaqlar:

“Tez-tez təmizlənən yer  yox, təmiz saxlanılan yer təmiz olar”

Hər kəsə məlumdur ki, ictimai nəqliyyatda istifadə olunan avtobusların təhlükəsizliyi  və rahatlığı təkcə avtobusların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Eyni zamnda xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz saxlanılması vacib şərtlərdən hesab olunur. Nəzərə alsaq ki, bir avtobusdan gün ərzində yüzlərlə hətta minlərlə sərnişin istifadə edir və bunların içərisində çirkli əşyalarla avtobusa daxil olan sərnişinlərlə yanaşı müxtəlif xəstəliklərin daşıyıcısı olan sərnişinlərlə də var, o zaman avtobusların təmizliyinin əhəmiyytini daha qabarıq şəkildə göz önündə canlandıra bilərik.

Elə buna görə də “BakuBus”  avtobuslarında hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra  mərhələli şəkildə xarici və daxili yuyulma işləri aparılır

Bununla yanaşı avtobusların təmizliyi və sərnişindaşıma fəaliyyəti zamanı salonun təmiz qalması həm də gün ərzində ondan istifadə edən minlərlə sərnişinin avtobusa daxil olarkən təmizliyə riayət etmələri ilə sıx şəkildə bağlıdır.

Təssüf ki, son vaxtlar  xidməti başa vurub marşrut xəttindən qaraja qayıdan avtobusun salonuna diqqət yetirərkən  heyrətlənməmək, təəssüf  hissi keçirməmək mümkün deyil. Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda  gecə yarısı qayıdarkən nələr aşkar olunmur ?  Müxtəlif növ məişət tullantıları- salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları v.s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir.

     Təbii ki, bununla bağlı olaraq araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən  sərnişinlərin kimliyi  aşkar olunmuşdur. Məlumat üçün deyim ki, həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir.

“BakuBus’ olaraq  sərnişinlərimizi avtobuslarımızın xidmətlərindən istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə edən zaman dərhal  “BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xaiş edirik.

Unutmayaq ki, sərnişindaşıma xidmətinin kefiyyətli və rahat şəkildə təmin olunması daşıyıcı şirkətlə yanaşı həm də sərnişinlərdən asılıdır. İctimai nəqliyyatın təmiz saxlanılması doğma şəhərimizdə çoxdan arzuladığımız ictimai nəqliyyatın  təhlükəsiz istismar olunmasınmasına və ümumi marağa xidmət edəcəkdir”.

1 / 8