Erməni kilsəsi yandırıldı

06.03.2020 09:38

Fransanın Alfortville şəhərindəki Erməni katolik kilsəsi yandırılıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici KİV-ə istinadən bildirir ki, Alfortville şəhərində yerləşən erməni kilsəsində dünən səhər 6 radələrində yanğın baş verib. Məlumata görə kilsənin qarşısındakı zibilqabı qəsdən yandırılıb və yanğın da bu səbəbdən ortaya çıxıb.

Heç kimin zərər çəkmədiyi bildirilən hadisədə kilsənin bir qismi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin hadisə yerinə vaxtında gəlməsi ilə yanğının yayılmasının qarşısı alınıb.

Qeyd edək ki, bunun kilsəyə qarşı son 12 ayda törədilən üçüncü təxribat hadisəsi olduğu bildirilir. Rahibin sözlərinə görə, 8 gün əvvəl də kilsə naməlum şəxslər tərəfindən daşqalaq edilib.

Новости