Hamının “iflas etdi” dediyi iş adamı “Vertu” şirkətinin sahibi oldu

06.03.2020 09:38

Sürgündə olan iş adamı Hakan Uzunla bağlı maraqlı xəbərlər yayılıb.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, dünya mətbuatı iş adamının məşhur lüks telefon markası olan “Vertu”nu aldığını iddia edir. Bu barədə Uzun bunları deyib:

“”Vertu” bazarda tanınan güclü bir brenddir. Onun potensialını həyata keçirəcək investisiyalar qoymaq və komanda isə birlikdə işləmək üçün səbirsizlənirəm”.

40 min sterlinq qiymət etiketi ilə dünyasının bir çox lüks telefonlarını satan “Vertu”nun mərkəzi ofisi Londonda yerləşir. Uzunun Kıbrısta yerləşən “Baferton Ltd.” adlı şirkəti bunun üçün markanın sahiblərinə 50 milyon sterlinq ödəyib.

“Vertu”nun direktoru Gordon Vatson isə satışla bağlı bunları bildirib: “Baferton bizim işimizi tamamlayır. Hər il 1.5 milyard ağıllı telefonun satıldığı dünyada yüksək keyfiyyət, özünəməxsusluq və xüsusi əməliyyat sistemi olan məhsullara tələb var. Baferton ilə birlikdə “Vertu”nu inkişaf etdirəcəyik”.

Новости

Теги