Makron həyat yoldaşına “rəsmi first lady” ünvanı verdi

06.03.2020 09:39

Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makrona “rəsmi first lady” statusu verib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, prezidentin xanımı olmağı vəzifə kimi qəbul edən sistem bu gündən tətbiq edilməyə başlanacaq. ABŞ-da olduğu kimi Fransada da ölkənin birinci xanımının statusu rəsmi mövqe kimi qəbul ediləcək.

Qeyd edək ki, Makron bu qərarı ona qarşı edilən etirazlara baxmayaraq qəbul edib. Qərar əleyhinə hətta internetdə kampaniya başlamış, ölkə prezidenti Fransa siyasətini “Amerikanlaşdırmaq”da ittiham edilmişdi. Lakin prezident və xanımı bu vəzifəyə görə ölkə büdcəsindən pul ayrılmayacağı məsələsini irəli çəkərək qərarı müdafiə etmişdilər. (Qaynarinfo.az)

 

Новости