Ordumuzun ermənilərin qanını içən qadın xüsusi təyinatlıları

06.03.2020 09:39

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram günüdür.

Об этом сообщает Руспрес

İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Bu münasibətlə qərara aldıq  ki, ordumuzda xidmət edən qadınlar haqda  kiçin bir material hazırlayaq. Həm Qarabağ savaşının gedişində, həm də ondan sonrakı dövrlərdə onlarla azərbaycanlı qadın misilsiz xidmət göstərib, ad alıblar.

Düşmənlə üz-üzə, müharibənin içərisində olan bu qızlarımız bu gün də vəzifələrinin öhtəsindən bacarıqla gəlirlər.

Hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir.

Ekspertlərin dediyinə görə, indi xanımların hərbi xidmətə marağı əvvəlki dövrlərdən çoxdur. Azərbaycanlı qızların ordu sıralarındaki xidməti təkcə ilkin tibbi yardım yaxud dəftərxana işlərindən ibarət deyil. Onlar həm də burada döyüşçü kimi yetişirlər, müxtəlif təlimlər alırlar. Bu gün Azərbaycan ordusunda qızlardan ibarət xüsusi təyinatlı dəstələrdə mövcuddur. Hərbi ekspertlər düşünürlər ki qadınlardan ibarət dəstələr belə sürətlə artarsa, Azərbaycan qısa vaxt ərzində qadın hərbiçilərinin sayına görə dünyada seçilən ölkələrdən ola bilər.

 

Новости