Qurban bayramında uşaqlarla necə davranmaq lazımdır? – MƏSLƏHƏT

06.03.2020 09:39

Qurban Bayramı ərəfəsində ən çox danışılan mövzulardan biri də Qurban Bayramında kəsilən heyvanın uşaqlara necə başa salınmasıdır.

Об этом сообщает Роспрес

A24.Az valideynləri bəzi detallara fikir verməyə çağırır.

BİR HEYVANIN ÖLDÜRÜLMƏSİNİ UŞAQ ANLAYA BİLMƏZ

Dini mərasimlə əlaqədar olaraq  heyvanın qurban kəsilməsini xüsusi yaş qrupunda olan uşaqların anlamağı mümkün deyil. Onlar bunu yalnız böyüyəndən sonra dərk edə bilərlər. Xüsusilə kiçik uşaqların heyvanlara olan simpatiyası da nəzərə alındıqda, bizlər üçün dini bir ənənə olan bu proses uşaqlar üçün bir canlının öldürülməsi deməkdir. Xüsusilə məktəbəqədər dövründəki uşaqlara hər nə səbəblə olursa-olsun, bir heyvanın kəsilərək öldürülməsini açıqlamağınız qeyri-mümkündür.

UŞAQLAR QURBAN KƏSİLƏN HEYVANLA DOSTLAŞMAMALIDIR

Uşaq qurbanlıq heyvan ilə uzun müddətli əlaqə qurmamalıdır. Bəzi ailələr qurban kəsiləcək heyvanı bayram ərəfəsində evə gətirib bəsləyir. Bu prosesdə heyvanla yaxın təmas quran və onu bəsləyən uşaq arasında səmimi bağ yaranır. Uşaq üçün dost olduğu heyvanın kəsilməsi, öldürülməsi sarsıdıcı ola bilər.  Mümkünsə valideynlər qurban kəsəcəyi heyvanı evə gətirməməlidir. Heyvan kəsilərkən isə uşaq həmin ərazidən uzaq tutulmalıdır.  Vəziyyət uyğun bir dillə anladılmalıdır. “İtdi”, “Qəza oldu”, “Yuxuya getdi” və s. doğru olmayan bəyanatlardan isə çəkinməlidir.

Aparılan araşdırmalara görə, 12 yaşa qədər olan uşaqlar qurban kəsimini görməməlidirlər.

UŞAĞI QURBAN ƏTİNDƏN YEMƏYƏ MƏCBUR ETMƏYİN

Uşaq qurban əti yeməyə çətinlik çəkməməlidir. Uşağınız kəsildiyini və bişirildiyini bildiyi bir heyvanın ətini yemək istəməyə bilər. Xüsusilə uşaq kəsilən heyvanla səmimi münasibət qurubsa bu başa düşüləndir.

Vüsalə

 

Новости