Şou-biznesdə yeni qalmaqal: Sevinc – Sevil bacıları Mətanət Əsədovanı yıxıb-sürüdü – VİDEO

06.03.2020 09:39

Sevil – Sevinc bacıları canlı efirdə müğənni Mətanət Əsədovaya sərt şəkildə müraciət etdilər.

Об этом сообщает Роспрес

A24.Az  xəbər verir ki, “Xəzər” TV-də yıyımlanan “Hər şey daxil” verilişinində gərgin anlar yaşanıb. Aparıcılar Sevil- Sevinc bacıları verilişə dəvət etmək üçün müğənni Mətanət Əsədova ilə əlaqə saxlayıblar. O, isə dəvəti qəbul etməyərək,  narazılıq bildirib. Bundan əsəbiləşən bacıları müğənniyə elə efirdəcə sərt sözlər deyiblər.

“Əgər işinizi sevirsiniz və hörmət edirsinizsə, o zaman bizi yaxşı başa düşəcəksiniz. Biz həftə içi 5 gün “Xəzər” TV-yə gəlib iki saat veriliş aparırıq. Bizim sizinlə heç bir şəxsi – qərəzliyimiz yoxdur. Hər zaman başımızı aşağıya salıb işimizi görürük. Bizə maraqlı deyil  şəxsi həyatınız, geyindiyiniz libasın qiyməti, toylarınız, sürdüyünüz avtomobil. Kimləsə qalmaqal etmək niyyətində deyilik. Həm öz yaşımıza, həm də sənət yaşımıza bu yaraşmaz.

Sosial şəbəkədə verilişdən sonra paylaşılan fotonun altına rəy yazanda ilk öncə yaşınızı, təcrübənizi və durduğunuz pilləni düşünməlisiniz, sizə yaraşmaz. Hər dəfə sizi çağırıb tərifləyən deyiləm. Şəxsi-qərəzliyi qoyursuz bir kənara. Bundan sonra özünüz, sənətinizin dəyərini bilirsinizsə, düşünürəm bizə və efirimizə hörmət edəcəksiniz.

“Xəzər” telekanalı sizə hörmət edib sizi qara siyahıya salmayıbsa, hörmətlə qarşılayır və yola salırsa, o dəyərin qarşılığını siz də verməlisiniz. Kanalın aparıcısına hörmət etmirsinizsə, o zaman elə çıxır ki,  “Xəzər” TV-yə də hörmət  etmirsiniz. Bundan sonra hər kəs etdiyi  hərəktlərə, dediyi sözlərə və yazdığı rəylərə diqqət etsin”.

Minirə Qubatova // A24.Az 

 

Новости