Tənhalar bunları mütləq oxumalıdır – 10 AFORİZM

06.03.2020 09:39

Həyatda rast gəlinən ən dözülməz insan halı tənhalıqdır. Darıxmaq, bəzən səbəbi məlum olmayan sıxıntılarla müşayət olunan bu insan halı müdrik və yaradıcı insanlardan da yan keçməyib.
A24.Az bu günə qədər tənhalıqla bağlı deyilən ən maraqlı aforizmləri təqdim edir:

Об этом сообщает Футляр от виолончели

“Əgər fərqlisənsə, tənhalığa məhkumsan”. Oldos Haksli – Cəsur Yeni Dünya

“Sevmək insanı tənhalaşdırır”.  Vircinia Vulf – Misis Dellouey

“Gecə burada təkbaşına bir adam düşün, ya kitab oxuyur, ya da nəsə düşünür; Bəzən düşüncələrini kiməsə danışmaq istəyər, doğrumu, səhvmi düşündüyünü ondan soruşmaq istəyər, amma belə bir adam tapmaz. Bəzən də nəsə örəndə “sən də gördünmü?” deyə soruşacağı bir adamı olmadığından gördüyünə belə əmin ola bilməz.  Con Steynbek – Siçanlar və adamlar

Tənhalığını izdihamla doldura bilməyən adam, həyəcanlı bir izdiham içində tənha olduqda, bunun da fərqinə varmaz. Bodler – Paris sıxıntısı

Dünyanın ən pis tənhalığı səhv başa düşüldüyünə görə atılmaqdır. Den Braun – Cəhənnəm

“Allah varsa, – ki mən olduğuna inanmıram -, insan ağlının sərhədli olduğunu da bilir. Yoxsulluğu, haqsızlığı, tamahı, tənhalığı, bütün bu qarışıqlığı o yaratmadımı? Yəqin ki, bu işə yaxşı niyyətlə başlamışdı, ancaq sonluq fəlakət oldu. Allah varsa, bu dünyanı erkən tərk etməyi seçən varlıqlara qarşı comərdcəsinə davranacaq, hətta bizi burada vaxt xərcləməyə məcbur etdiyi üçün üzr də istəyəcək”. Paulo Koelyo – Veronika ölmək istəyir

“Nə istədiyini bilməməyin əslində son dərəcə təbii olduğunu anlayana qədər özünə əsəbi idi. Bir dəfə yaşayacağımız üçün bunu əvvəlkilərlə müqayisə etmək şansımız yoxdur, növbəti həyatımızda qüsurlarımızı aradan qaldıra bilmirik. Buna görə də, nə istədiyimizi bilmirik. Həyat bir qaralamadır. Milan Kundera – Mövcudluğun dözülməz yüngüllüyü

“Tənhalığı sevməyən azadlığı də sevməz. Çünki adam yalnız tək olduqda azaddır”. Artur Şopenhauer – Müdriklik aforizmləri 

Nə sənlə yaşaya bilirəm, nə də sənsiz. Frans Kafka – Milenaya məktublar

“Sənsiz də yaşayaram, amma səninlə bir başqa yaşayaram”. Nazim Hikmət – Sənsiz də yaşayaram

Sərdar Amin

 

Новости