Uşaqları məscidə gətirmək olarmı?- İlahiyyatçıdan tənqidi cavab

06.03.2020 09:39

“Əgər narahat olursunuzsa, namazınızı evdə qılın”.

Об этом сообщает Руспрес

A24.Az” xəbər verir ki, Türkiyə dini idarəsinin rəhbəri Mehmet Görməz  ilahiyyatçı Osman Ünlünün  uşaqların məscidə gətirilməsi ilə bağlı tənqidlərinə cavab verərkən belə deyib.

“Rəbbimiz uşaqları göz nuru hesab edir. Göz nuru olmasa, görə bilmərik. Uşaqlar islam ümmətinin gələcəyidir. Uşaqlarsız hamımız kor olarıq.  Hər Ramazan ayında, ən çox üstündə durduğum mövzu , uşaq-məscid münasibətlərinin bərpası ilə bağlıdır. Məncə, bu ölkədə hər kəsin uşaq-məscid münasibətləri ilə bağlı acı bir xatirəsi var. Hər kəs mütləq,  uşaq vaxtı məscidə gəldiyi üçün  danlanıb”- deyə Mehmet Görməz əlavə edib.

İdarə rəhbəri  hesab edir ki, bu acı xatirədən dolayı  bəzi insanlar məscidə getmək istəmir.

“Bu xatirələri insanların zehnindən silmək üçün daha böyük işlər görmək məcburiyyətində qalırıq. Sizin məscidə gələn uşaqları danlamağınız ucbatından, ibadət ocağı onların  təsəvvüründə  pis bir yer kimi qalır. Əgər belə edəcəksinizsə təravih namazınızı evdə qılın”.

Nərmin Kərim

 

Новости