ABŞ-ın bu ölkədəki diplomatı evində ölü tapıldı

06.03.2020 09:39

Amerika Birləşmiş Ştatların Madaqaskarda peşəkar diplomatı həlak olub.

Об этом сообщает Роспрес

A24.Az-ın xarici mediaya istinadən xəbərinə görə, bununla bağlı məlumat verən Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert əlavə edib ki, amerikalının ölümündə şübhəli bilinən şəxs saxlanılıb və yerli hakimiyyət nümayəndələri ilə ABŞ-ın rəsmi şəxsləri təhqiqat aparırlar.

Qeyd edək ki, adı bilinməyən diplomatın meyiti cümə günü gecə saatlarında öz evində tapılıb.

Onun ölüm səbəbləri hələ ki açıqlanmır.

H.Noyert mərhumun ailəsinə və ABŞ-ın Antananarivudakı səfirliyinin əməkdaşlarına başsağlığı verib.

O, ailə üzvlərinə hörmət əlaməti olaraq və istintaqın davam etməsi səbəbindən insidentlə bağlı əlavə məlumat verməkdən imtina edib.

 

Новости