“Apple”ın yeni telefonlarının təqdim ediləcəyi tarix BƏLLİ OLDU

06.03.2020 09:39

Növbəti nəsil “Apple” smartfonlarının təqdimetmə tarixi məlum olub. Son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 2018-ci il sentyabrın 12-də təqdim ediləcəyi gözlənilir.

Об этом сообщает Футляр от виолончели

A24.Az “ferra.ru” saytına istinadla xəbər verir ki, “Apple” belə tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir. Beləliklə, sentyabrın 4-ü və 5-i, həmçinin 11-i və 12-si bu tədbirin keçirilməsi üçün uyğundur. Sentyabrın 12-də ABŞ-da Əmək Günü qeyd olunur, buna görə tədbirin sentyabrın 4-ü və ya 5-də keçirilməsi ağlabatan deyil. “Apple” şirkətinin yeni nəsil “iPhone” smartfonunu sentyabrın 11-də təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir. Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim edilə, sentyabrın 21-də isə satışa çıxarıla bilər.

“Apple” payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni “iPhone X” və “iPhone X Plus”, həmçinin “iPhone 9” kimi adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək. Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası (“Face ID”) və “A12” sürətli prosessoru ilə təchiz ediləcək.

 

Новости