Azərbaycanda şərab üstündə məmurlar arasında dava – İki nəfər bıçaqlandı

06.03.2020 09:39

Ağdaş rayonunda şadlıq saraylarının birində şərab üstündə bıçaqlanma hadisəsi baş verib.

Об этом сообщает Футляр от виолончели

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elsəvər Baxışovun oğlunun toy mərasimində qeydə alınıb.

Belə ki, toyda iştirak edən Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini Aydın Ağayev ilə digər qonaqlar arasında şərab üstündə mübahisə düşüb. Nəticədə mübahisə əlbəyaxa davaya çevrilib. Davaya rayonda vəzifəli şəxslərdən hesab olunan Rahim adlı şəxs də qoşulub. İnsident iştirakçıları masa üzərində olan bıçaqları götürərək bir-birinə xəsarət yetiriblər. Nəticədə iki nəfərin bıçaqlanaraq ağır yaralandığı bildirilir.

Yaralılar dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

(Elsəvər Baxışovun fotosudur)

Новости