Azərbaycanda yeni bank fəaliyyətə başladı

06.03.2020 09:39

Türkiyənin “Ziraat Bank”ının Azərbaycan filialı rəsmi fəaliyyətə başlayıb.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.

Bankdan bildirilib ki, rəsmi açılış olmasa da, cari ayın ortasından bank müştərilərinə xidmət göstərir.

Xatırladaq ki, Türkiyənin “T.C. Ziraat Bankası” 2014-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə “Ziraat Bank Azerbaijan” ASC törəmə strukturu vasitəsilə bank fəaliyyəti göstərmək üçün lisenziya alıb.

“Ziraat Bank Azerbaijan”ın nizamnamə kapitalı 50 milyon manat təşkil edir.

1863-cü ildən fəaliyyət göstərən və Türkiyənin ən böyük bankı olan “T.C.Ziraat Bankası” hazırda Bosniya və Hersoqovina, Rusiya, Qazaxıstan, Türkmənistan və Özbəkistanda da müştərilərinə xidmət göstərir. Bankın həmçinin Böyük Britaniya, ABŞ, Bolqarıstan, Gürcüstan, İraq, Şimali Kipr, Yunanıstan, Səudiyyə Ərəbistanı və İranda nümayəndəlikləri var.

“T.C.Ziraat Bankası” Azərbaycanın bank bazarında 1995-ci ildən “Azer-Turk Bank”-ın həmtəsisçilərindən biri kimi iştirak edir.

 

Новости