“Qarabağ”ın sabiq məşqçisinin meyiti evinin hamamından tapılıb

06.03.2020 09:39

“Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq məşqçisi Tayfun Gürsel 63 yaşında dünyasını dəyişib.
A24.Az “Sabah”a istinadən məlumatına görə, T.Gürsəlin meyiti Türkiyənin Antalya vilayətinin Demre qəsəbəsindəki evinin hamamından tapılıb.
Qızı, tanınmış maniken Ece Gürsel tərəfindən aşkarlanan meyit tibbi ekspertizadan sonra onun özünə qaytarılıb. Türkiyə millisinin sabiq futbolçusunun ölümünə infarktın səbəb olduğu açıqlanıb. Mərhumun cənazəsi gün torpağa tapşırılacaq.
Qeyd edək ki, Tayfun Gürsel futbolçu karyerası ərzində “Əskişəhərspor”, “Antalyaspor”, və Türkiyə millisinin formasını geyinib. Məşqçi kimi isə o, bir sıra klublarda, o cümlədən Rasim Karanın baş məşqçi olduğu vaxt “Xəzər Lənkəran”la “Qarabağ”da çalışıb. O, 25 ildir həyat yoldaşından ayrı qalırdı.
 

Об этом сообщает Руспрес

Новости