Ermənistan beynəlxalq sərgidə Qarabağı öz ərazisi kimi göstərməsinin qarşısı alınır – NAZİRLİK

06.03.2020 09:39

Məlum olduğu kimi 2017-ci ilin 18-22 yanvar tarixində İspaniyanın Madrid şəhərində FİTUR beynəlxalq turizm sərgisi keçirilib. Sərgi çərçivəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini və bu təcavüzün hələ də davam etdiyini sübut edərək yenidən təxribata əl atıb. Belə ki, Ermənistana aid olan təqdimat stendində Qarabağa aid olan şəkillər və materiallar yerləşdirilib. Bununla bağlı həmin günlərdə BMT-nin Ümumdünya Turizm Təşkilatının və İspaniya hökumətinin təşkilatçılığı ilə keçirilən BMT-nin “İnkişaf üçün Davalı Turizm Beynəlxalq ili”nin açılış mərasimində iştirak etmək üçün Madrid şəhərində səfərdə olan Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti və həmçinin AR-nın İspaniyadakı səfirliyi tərəfindən bir sıra vacib addımlar atılıb.

Об этом сообщает Руспрес

Nazirlikdən A24.Az -a verilən məlumata görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm FİTUR rəhbərliyinə, həm də Ümumdünya Turizm Təşkilatına hadisə baş verən gün müvafiq etiraz məktubları göndərilib və həmin məktublarda həm BMT tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə, eləcə də 2015-ci ildə BMÜTT İcraiyyə Şurasının 100-cü iclasında “Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair” qərarına bir daha istinad edilib. Nazir Əbülfəs Qarayev məsələ ilə bağlı BMTT-ün baş katibi Taleb Rifai ilə müzakirə aparıb və Ermənistan tərəfinin bu beynəlxalq hüquqa zidd hərəkətlərinin həm təşkilatın fəaliyyətinə və həm də qəbul etdiyi qərarlarına hörmətsizliyini diqqətə çatdırıb. Baş katib Taleb Rifai Azərbaycan tərəfinin narahatlığını böyük həssaslıqla qəbul etdiyini və məsələ ilə bağlı aiddiyyəti tərəflərlə danışıqlar aparacağını bildirib. Daha sonra BMÜTT tərəfindən nazirliyə məlumat verilib ki, məsələ ilə bağlı müvafiq səviyyələrdə müzakirə aparılıb.

Bununla bağlı Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Xarici İşlər Nazirliyi və FİTUR rəhbərliyi ilə görüşlər keçirərək ölkəmizin mövqeyini qarşı tərəfə çatdıraraq Ermənistanın belə təxribatların qarşısının alınmasının zəruri olduğunu diqqətə çatdırıb. İspaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin bir sıra hallarda özəl sahədə baş verənlərə dövlətin müdaxilə edə bilmədiyini qeyd etmiş, buna baxmayaraq sərgi təşkilatçılarını məsələnin həssaslığı barədə xəbərdarlıq edəcəklərini bildiriblər. Daha sonra sərgidə Ermənistan stendi qarşısında İspaniyada yaşayan həmvətənlərimizin etiraz aksiyası təşkil edilmiş və işğalçı Ermənistanın təcavüzkar fəaliyyətlərinə dair lövhə və bannerlər nümayiş etdirilib, “Qarabağ Azərbaycanındır”, “işğala son”, “Ermənistan işğalçıdır” şüarları səsləndirilib, sərgi iştırakçılarına Azərbaycan həqiqətləri və erməni təcavüzü barədə məlumat verilib.