Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İçki masasında dua

04.03.2020 11:28

Aydın müftisi içki masasında edilən duaya münasibət bildirdi.

Об этом сообщает Футляр от виолончели

Aydında həftə sonları gərçəkləşdirilən dəvə döyüşlərini izləməyə gələnlərin bir yandan içki içib, digər yandan dua etmələri Aydın Müftisi Ömər Kocaoğlunun diqqətini çəkib.

Aydında, CHP-li bələdiyyənin həftə sonları adət halına gətirdiyi dəvə döyüşlərindən mətbuatda əks olunan şəkillər qəribə bir ziddiyəti ortaya qoyub. Döyüşləri izləməyə gələnlərin bir yandan içki içib, digər yandan dua etmələri diqqət çəkib. Bu davranışın yanlış olduğunu bildirən İslam nümayəndələri bunu təşkil edən bələdiyyələrin bu mövzuda həssas davranmalarını istədi.

Aydın Müftisi Ömər Kocaoğlu, Aydında hər həftə sonu keçirilən dəvə döyüşlərindən dəvələrin sağlıq və güləşmələrinin salamat içində keçməsi üçün içki masasında edilən duaların ciddi bir ziddiyət olduğunu ifadə edib.

“İçki süfrəsində dua olmamalı”

Aydında qış mövsümündə havalar uyğun olduğu müddətdə hər həftə yaşanan bu hərəkətin edilməməsini istəyən Aydın Müftisi Ömər Kocaoğlu, “Məsələnin harasından ələ alsanız alın. Hevyanları döyüşdürmək uyğun deyil, bunun yanında içki içmək onsuz da haramdır. İçki süfrəsində və oxşar mühitlərdə dua edilməsi də uyğun deyil. Müftiliyimizə bağlı işləyən heç bir vəzifəli belə bir mühitdə dua etməz və edə bilməz. Bir başqası edirsə, bu da düzgün deyil. Bunu təşkil edənlər də bilməlidir ki, içki süfrəsində dua etmək olmaz”- ,deyə bildirib.

DİYANET, müəllimin dua etdirməsini “qəribə” bildi

Diyanet üzvləri şüurlu bir müsəlmanın, helə-helə “müəlliməm” deyən birinin içki masasında kişilərlə birlikdə dua edib, etdirməsini də çox maraqlı və qəribə olduğunu ifadə etdilər.

Новости