“Ermənistan təxribatçı əməlləri ilə Böyük Sülh Sazişinə mane olmaq siyasəti yürüdür”
04.03.2020 11:28Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin cəbhə xəttində yaranmış gərginliklə əlaqədar söylədiklərini şərh edib.
Об этом сообщает Руспрес
Saytımız məlumatına görə, Hikmət Hacıyev bu gün yaydığı aşıqlamada bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir. “ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi, tərəflər sülh sazişi üzrə danışıqlarda iştirak etməlidirlər. Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük sülh sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhə boyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir”.
Mətbuat katibi qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü açıqlamasında qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham vurub. Ancaq Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.