Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Cəlilabadda gecə mağazaya giriblər

04.03.2020 11:28

A24.az-ın APA-a istinadən verdiyi məlumata görə, Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

Об этом сообщает Руспрес

Hadisə ötən gecə rayonun Qarazəncir kəndində Niyaz Məmmədağa oğlu Bayramova məxsus ərzaq mağazasında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər ticarət obyektinin qapısının şüşəsini sındırmaqla içəri daxil olublar. Oğrular kassadan nağd pul, müxtəlif növ siqaret və ərzaq məhsulları aparmaqla mağaza sahibinə ümumilikdə 1000 manatadək ziyan vurublar.

Mağaza sahibinin müraciətindən sonra polis hadisə yerinə gələrək baxış keçirib.

Hazırda Cəlilabad Rayon Polis Şöbəsində oğurluq faktını törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Новости