Ebru Gündeş söz-söhbətlərə son qoydu
04.03.2020 11:28Ebru Gündeşin boşanma ilə bağlı açıqlaması
Об этом сообщает Руспрес
a24.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2010-cu ildə evlənən cütlüyün ayrılma qərarına gəldiyi və qarşıdakı günlərdə boşanmaq üçün məhkəməyə müraciət edəcəkləri irəli sürülmüşdü.
2010-cu ildə ailə quran və Alara adlı 2 yaşlı qızları olan cütlüyün ayrılmaq qərarına gəldikləri, yaxın günlərdə isə boşanmaq üçün məhkəməyə müraciət etdikləri bildirildi. Ebru Gündeş və Rza Zərrab iddiaya vəkillərinin vasitəsilə cavab verdi.
Vəkil Şeyda Yıldırım ayrılıq iddiasını aşağıdakı açıqlama ilə təkzib etdi: “Ailə birliyi müqəddəsdir və burada məhrəmlik zəruridir. İddia qarşısında “vəkillərimin xoşbəxt ailə həyatı var və bu davam edir” şərhini verməyə məcbur olduq. Vəkillərimin xoşbəxt həyatına kölgə salmaq məqsədi güdən bu və buna bənzər hücumlarlar qarşısında hər cür qanuni haqqımızdan istifadə etməkdə tərəddüd etməyəcəyik”.