Bakıda dəhşətli qətl: gənc oğlanın başı kəsildi
04.03.2020 11:28Bu gün axşam saatlarında Bakının mərkəzində -metronun “Sahil” stansiyası yaxınlığında qətl hadisəsi törədilib. Gənc oglan naməlum şəraitdə bıçaqlanaraq öldürülüb.
Об этом сообщает Руспрес
Saytımızın hadisə yerində olan əməkdaşının öyrəndiyi məlumata görə, iti ilə gəzən gənc boyun nahiyəsindən bıçaqlanıb. Və “təcili yardım” gələnə qədər hadisə yerindəcə keçinib.
Hadisə yerinə toplaşanları qovmaqla məşğul olan polis hadisənin detalları barədə hər hansı məlumat verməyib.
Bununla belə, Səbail Rayon Polis İdarəsindən məlumatı “ANS Press”ə təsdiqləyiblər.
İlkin ehtimala görə, iki gənc arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsərək hadisə yerindən qaçıb.
Bəzi məlumatlarda isə qətlin qız üstə düşən mübahisə nəticəsində törədildiyi, hətta hadisə zamanı ölən gəncin yanında bir qız olduğu da bildirilir. Qızın mərhumun sevgilisi olduğu ehtimal edilir.
Saytımız hadisə yerindən videonu sizə təqdim edir: