Qəzet və jurnallarda ən çox bəhs edilən Dini Komitə olub
04.03.2020 11:28Dekabr ayı ərzində komitələr 8666 xəbərlə ən maraqlı sahələrdən biri olaraq qarşımıza çıxır.
Об этом сообщает Роспрес
A24.az saytı Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, saytlarda Dövlət Komitələri ilə əlaqəli 7247 xəbər yerləşdirilib, qəzet və jurnallarda 1101 xəbər dərc edilib, Televiziya kanallarında isə komitələrlə bağlı 318 xəbər göstərilib.
Qəzet və jurnallarda haqqından ən çox danışılan Komitə Dini Qurumlarla iş Üzrə Dövlət komitəsi olub.
TV kanallarında 128 xəbərlə Dövlət Gömrük Komitəsi başçılıq edir.
Saytlarda isə 1550 xəbərlə Dövlət Statistika Komitəsi haqqında ən çox xəbər yayılan komitə olub.
Komitələrin dekabr ayı üzrə statistikası
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2014-cü ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb. Qeyd edək ki, mərkəz ölkəmizdə fəaliyyət göstərən yüzlərlə saytı, bütün qəzet və jurnalları və ölkə ərazisində yayımlanan TV-lərin monitorinqini əhatə edir.
Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sektorun analizini də aparır.
Şirkət Komitə sektoru ilə bağlı məlumatı təqdim edir.
2014-cü ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda Komitələrlə əlaqəli 7247 xəbər yerləşdirilib. Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1101 xəbər dərc edilib, televiziya kanallarında isə komitələrlə bağlı 318 xəbər göstərilib.
Ümumilikdə dekabr ayı ərzində Komitələr 8666 xəbərlə ən maraqlı sahələrdən biri olaraq qarşımıza çıxır.
Dekabr ayında qəzet və jurnallarda komitələr haqqında 1101 məlumat dərc edilib. Bu ay haqqında ən çox danışılan komitələr isə aşağıdakılardır:
1. | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 261 xəbər |
2. | Dövlət Gömrük Komitəsi | 169 xəbər |
3. | Dövlət Statistika Komitəsi | 140 xəbər |
4. | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 127 xəbər |
5. | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 92 xəbər |
Dekabr ayında televiziyada komitələr haqqında 318 xəbər göstərilib:
1. | Dövlət Gömrük Komitəsi | 128 xəbər |
2. | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 46 xəbər |
3. | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 38 xəbər |
4. | Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 32 xəbər |
5. | Əmlak Məsələləri Dövlət Komitəsi | 22 xəbər |
Saytlarda isə dekabr ayında komitələr haqqında 7247 xəbər yer alıb. Bu ay saytlarda haqqında ən çox məlumat yayılan komitələr:
1. | Dövlət Statistika Komitəsi | 1550 xəbər |
2. | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 1529 xəbər |
3. | Dövlət Gömrük Komitəsi | 1081 xəbər |
4. | Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 571 xəbər |
5. | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 479 xəbər |