Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qastrit nə vaxt mədə xərçənginə çevrilir?

04.03.2020 11:28

1930-cu illərlə müqayisədə, dünyanın inkişaf etmiş qərb ölkələrində, o cümlədən, ABŞ, Avropa və Yaponiyada, mədə xərçənginin sayı xeyli azal ıbdır. Həmin illərdə, məsələn, mədə xərçəngi ABŞ və Avropada mortalitennin aparıcı səbəbi olub, yəni xərçəngdən ölən bütün xəstələr arasında mədə xərçəngi üstünlük təşkil edirdi.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, 2008-ci ildə ABŞ-da 21.000 yeni mədə xərçəngi aşkar edilib, və həmin il 13.000 insan dünyasının məhz mədə xərçənginə görə dəyişib. Beynəlxalq səviyyədə mədə xərçəngi ən çox yayılmış bədxəssəli şişlər sırasında dördüncü və xərçəng səbəbindən mortaliteye (ölümlə nəticələnən) görə ikincidir.

Mədə xərçənginin yaradılmasında rolu olan Risk faktorları:

– H.Pilori infeksiyası

– Mədə polipləri,

– Nitrozaminlər,

– Siqaret istifadəsi

– Əvvəllər başqa səbəblərə görə mədədə aparılmış cərrahi əməliyyat

– Pernisioz Anemiya

– Ailədə mədə şişlərinin olub olmaması tarixi

Diaqnoz və Mərhələnin təyin edilməsi, Xərçəngin Təsnifatı:

Təəssüflə qeyd edilməlidir ki, mədə xərçənginin simptomları aid olunan – ürək bulanması və epiqastrik nayihədə ağrı – digər mədə-bağırsaq xəstəlikləri zamanı da müəyyən edilir və mədə xərçəngi üçün heç də spesifik deyildir. Buna görə də, mədə xərçənglərinin əksəriyyəti çox gec müəyyən edilir. Fiziki müayinə adətən spesifik tapıntılarla əlamətdar olmur. Lakin, gecikmiş hallarda qarında palpasiya edilən törəmə aşkar edilir ki, bunlar nadir hallarda aşağıdakı tapıntılarla müəyyən edilə bilər:

– “Bacı Meri Yozef”: periumbilikal ərazidə törəmə,

– “Virchov” düyünləri: supraklavikular və ya körpücük sümüyünün üstü limfa düyünləri,

– Blumerin: rektal müayinə zamanı prerektal metastazlar.

Endoskopik müayinə, yəni ezofaqoqastroduodenoskopiya, ilk instrumental müayinə metodur. Bir çox hallarda Endoskopik USM də əlavə olaraq istifadə edilir ki, onun nəticəsində şişin dərinliyi (80% hallarda) və ya limfa düyünlərinə yayılmasını (50% hallarda) müəyyən etmək olar.

Kompüter Tomoqrafiyası əsasən metastatik xəstəliyin (yəni geniş yayılmış) müəyyən edilməsi üçün istifadə edilir. Laparoskopiya isə rezeksiyası mümkün olmayan halların müəyyənləşdirilməsində geniş tətbiq edilir. Buna səbəb isə KT vasitəsilə neqativ nəticələrin əldə olunmasına baxmayaraq kliniki təcrübədə laparoskopiya nəticəsində 30%-dək xəstələrdə metastatik xəstəliyin aşkar edilməsidir.

Peritoneal lavaj zamanı yığılmış maye isə sitoloji analizə göndərilməlidir. Buna səbəb həmin mayenin proqnozun müəyyən edilməsində oynadığı mühüm roldur.

Xərçəng üzrə Amerikan Birləşmiş Cəmiyyəti və Xərçəng əleyhinə İttifaq tərəfindən aşağıdakı patoloji mərhələlərin təsnifatı sistemi təklif edilib:

Törəmənin xassəsi:

Tx – qiymətləndirilməsi mümkün olmayan ilkin törəmə

T0 – ilkin törəmənin aşkar edilməməsi

T1 – Lamina propriya və ya alt-selikli gişanı invaziya (sirayət) edən törəmə

T2 – Subserosa və ya Muscularis Propriyanı invaziya edən törəmə

T3 – Törəmə seroz gişanı da invaziya (sirayət) edir, o cümlədən, peritonu, lakin ətraf toxumaları və strukturları invaziya etmir

T4 – Törəmə ətraf toxuma və strukturlara da yayılır

Limfa düyünlərinə yayılma:

Nx – törəmənin limfa düyünlərinə yayılmasını qiymətləndirmək mümkün deyil

N0 – limfa düyünlərinə yayılma qeydə alınmır

N1 – 1-dən 6-dək olan regional limfa düyünlərinə metastaz qeyd edilir

N2 – 7-dən 15-dək olan regional limfa düyünlərinə metastaz qeyd edilir

N3 – 15-dən çox regional limfa düyünlərinə metastaz qeyd edilir

Mədədə ağrı, şişkinlik, köp, qaz, aclıq hissi və tez-tez yemək istəyi ilə özünü büruzə verən qastrit xəstəliyi müalicə edilmədikdə xroniki hala keçir.

Bu isə bir müddət sonra mədə xərçənginə çevrilə bilir. Bəs qastrit kimlərdə daha çox müşahidə edilir və xərçəngə çevrilmədən öncə hansı tədbirləri almaq lazımdır?

Türkiyənin tanınmış həkimlərindən bibi, Memorial Ankara Xəstəxanası Gastroenteroloji mütəxəssisisi Zülfikar Polad xroniki qastritin səbəbləri və müalicə üsulları ilə bağlı maraqlı məlumat verib.Həmin məlumatda deyilir:

Qastrit immun sistemi zəif olan xəstələrdə xroniki hala keçir

Xroniki qastritin ən əsas səbəblərindən biri “helikobakter pilori” bakteriyasıdır. Bu bakteriya hələ uşaqlıq dövründə immun sistemi zəif olan insanlara keçir. Bakteriya mədə hüceyrələrinin səthində koloniya yaradaraq yaşayır.

Qastrit toxumalarda dəyişikliklərə səbəb olur, bu da xərçəngə yol açır

Xroniki qastrit mədə vəzlərində toxumaların dəyişməsinə gətirib çıxarır. Bu vəziyyət qısa müddət sonra xərçəngə çevrilmə riskini artırır. Mədədəki toxumalarında dəyişikliklər baş verən xəstələrin mədə xərçəngi olma riski 4 dəfə artır. Ona görə də belə xəstələr 6 aydan bir analizlərdən keçməlidirlər. Əgər mədə hüceyrələrində həddən artıq dəyişiklik, böyümə və ya rəng dəyişikliyi müşahidə edilirsə, həmin bölgə cərrahi üsulla götürülməlidir. Daha sonra dərmanla müalicə edilməlidir.

Yanmış qidalar və siqaret qastritin ən böyük səbəblərindən biridir

Qastrit xəstələri sağlam qidalanma rejiminə ciddi əməl etməlidirlər. Xüsusilə, yanmış, tüstüdə bişirilmiş qidalar, yağlı qırmızı ət, qızartma və çox bişmiş ətlər risk yaradan qidalar sırasındadırlar. Hazır yeməklər, kolbasa, sosis, konservalar kimi tərkibində kimyəvi maddələr və rəng verən fermentlərdən istifadə edilən qidalar qastrit xəstələrini menyusundan tamamilə çıxarılmalıdır. Bununla yanaşı antioksidantların, C və E vitaminlərinin qoruyucu funksiyası olduğu üçün tərkibində bu tip vitamin və minerallar olan qidalar yeyilməlidir.  Siqaret isə ən qısa zamanda tərgidilməlidir.

Təzə tərəvəz və meyvə yemək vacibdir

Xroniki qastritdən əziyyət çəkən xəstələr müalicə olunmaqla yanaşı təbii vasitələrə də əl atmalıdırlar. Bol miqdarda təzə tərəvəz və meyvə yemək, sağlam qidalanmaq “helikobakter pilori” bakteriyasının məhv olmasını tezləşdirir.

Новости