Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hansı masada dua edilməlidir?

04.03.2020 11:28

Müfti spirtli içki masasına üsyan etdi

Об этом сообщает Футляр от виолончели

a24.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın bölgəsində həftənin axırında keçirilən dəvə güləşlərinə baxmağa gələnlərin bir tərəfdən spirtli içki qəbul edib digər tərəfdən dua etmələri Aydın müftisinin etirazına səbəb oldu.

Aydında CXP-dən olan bələdiyyənin həftənin sonu ənənəyə çevirdiyi dəvə güləşlərindən mətbuata əks olunan fotoşəkil maraqlı ziddiyyətlər yaratdı. Güləşlərə baxmağa gələnlərin bir tərəfdən spirtli içki içib digər tərəfdən dua etmələri qınandı. Bu davranışın səhv olduğunu bildirən Dini İşlər İdarəsinin işçiləri tədbiri həyata keçirən istər qeyri-hökumət, istərsə də bələdiyyələrin bu mövzuda həssas davranmalarını tələb etdi.

Aydın müftisi spirtli içki masasında edilən duaların ciddi ziddiyyət olduğunu qeyd edərək Dini İşlər İdarəsinə bağlı olan heç bir imamın belə bir mühitdə dua etmədiyini və etməyəcəyini bildirdi. Dində qadağan edilən, eləcə də haram olan əməl və davranışın dinlə uyğunlaşdırılmasının müsəlmanları məyus etdiyini bildirdi: “Heyvanları döyüşdürmək, bununla yanaşı, spirtli içki qəbul etmək doğru deyil. Müftiliyimizin heç bir işçisi belə bir şəraitdə dua etməz. Başqalarının etməsi də dinə uyğun hərəkət deyil. Belə tədbirləri təşkil edənlər də bilməlidir ki, spirtli içki süfrəsində dua edilmir”.

Новости