Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Elşad Miri: İslam bir insanı haqsız yerə öldürməyə icazə vermir

04.03.2020 11:28

Xəbər verdiyimiz kimi, dünən Fransada “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum olub.

Об этом сообщает Руспрес

Bu terror aktı qurbanlarının sayı artıq 12-yə çatıb. İddia olunur ki, redaksiyaya hücumun səbəbi qazetdə yer alan İslam dini və Muhəmməd Peyğəmbəri təhqir edən karikaturalar olub.

Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxslərdən biri “Peyğəmbərin intiqamı alındı”, “Allahu Əkbər” deyə qışqırıb. Hadisənin dini zəmində baş verməsi barədə məlumat yayılıb.

Bu gün dünyada “Allah” adı ilə törədilən bu tipli terror aktları, İŞİD-in törətdiyi əməllər islam dinin nüfuzuna böyük zərbə vurmaqdadır.

Saytımız xəbər verir ki, Azərbaycanın tanınmış ilahiyyatçısı Elşad Miri baş verənləri “oxu.az“a şərh edib.

İlahiyyatçının sözlərinə görə, islam dini sülh deməkdir:

“İslam dini heç kimə icazə vermir ki, haqsız yerə bir insanı öldürsün. Ümid edirəm ki, bu hadisə Avropada – müsəlmanların ən çox yaşadığı yerlərdən biri Fransada İslama qarşı təxribata çevrilməyəcək. Bizim dinimizdə deyilir ki, savaşanlarla savaşın”.

İlahiyyatçı bildirib ki, İŞİD ekstremistlərinin törətdikləri dəhşətli qətllərdən sonra Avropa ölkələrində islamafobiya məsələsi gündəmə gəlib. Belə bir hadisə isə Avropa ölkələrində İslamafobiyanı daha da gücləndirəcək:

“Bu, bəlkə də Avropada bir oyundur, orada yaşayan müsəlmanlarla qeyri-müsəlmanlar arasında bəzi məsələlər gündəmə gətirilib. Bu, müsəlmanları yaşadığı ölkələrdən çıxarmaq üçün bir üsuldur. Kim ki, “Allahu əkbər” deyərək adam öldürürsə bunu dinlə bağlamaq düzgün deyil.

Lakin, Fransada “Peyğəmbərin intiqamı alındı” deyə satirik jurnalın redaksiyasının əməkdaşlarının güllələnməsi digər ölkələrdə İslam dini və Muhəmməd Peyğəmbəri təhqir edən karikaturaların yaradılıb yayılmasına səbəb olacaq. Bu hadisədən bəzi qüvvələr istifadə edəcək”.

Новости