Bələdiyyələrə ayrılacaq vəsait açıqlandı
04.03.2020 11:28Bu il bələdiyyələrə ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Об этом сообщает Руспрес
Saytımız məlumat verir ki, bələdiyyələrin fəaliyyət göstərmələri üçün cari ildə dövlət büdcəsindən yerli özünü idarəetmə orqanlarına 5.2 milyon vəsait ayrılacaq.
Bundan başqa, ümumi dövlət xidmətlərinə 2046.5 milyon manat vəsait ayrılacaq. Bu da dövlət büdcəsi xərclərinin 9.7 faizini təşkil edir. Qeyd olunan vəsaitin 544.8 milyon manatı qanunvericilik, icra hakimiyyəti, yerli özünü idarəetmə orqanlarının saxlanmasına yönəldiləcək.