Nikaha daxil olmaq istəyən 33 412 nəfər tibbi müayinədən keçib
04.03.2020 12:39“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” na uyğun olaraq 1 iyun 2015-ci il tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən 33 412 nəfər tibbi müayinədən keçib.
Об этом сообщает Руспрес
Bu barədə “a24.az”ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlik rəsmisi qeyd edib ki, ümumilikdə, müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.
Xatırladaq ki, bu il iyunun 1-dən etibarən ailə qurmaq istəyən cütlüklər nikahlarını rəsmiləşdirmək üçün tibbi müayinədən keçirlər. Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:
1-Hemoqlobinopatiyalar
2-Böyük beta-talassemiya
3-Aralıq beta-talassemiya
4-Drepanotalassemiya
5-Oraqvari hüceyrəli anemiya
6- İİV/QİÇS
Tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə nəticələr barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər edilir. Eyni zamanda, tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir. Amma aşkarlanan xəstəlik arayışda göstərilə bilməz. Çünki nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir…
Nazirlər Kabinetinin təsdiqlədiyi dəyişikliklərə əsasən, Azərbaycanda evlənmək istəyənlər tibbi arayışı olmadan nikaha daxil ola bilməzlər.
Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, rəsmi nikaha daxil olmaq istəyən şəxslərdən tibbi müayinədən keçdiyini təsdiqləyən arayış tələb olunacaq. Yəni VVAQ şöbələrinə müraciət edilən zaman cütlüklərdən bu arayış istəniləcək. Arayış təqdim olunmadığı təqdirdə nikah qeydə alınmayacaq. Amma tibbi müayinənin nəticəsinin necə olacağı, ailə qurmağa hazırlaşan gənclərdə hansısa xəstəliyin aşkarlanması onlara həmin arayışın verilməyəcəyi anlamına gəlmir. Deyək ki, müayinə zamanı gənclərdən birində siyahıda qeyd olunan xəstəliklərdən hansısa aşkarlanıb. Artıq bunu cütlüklər (yaxud tərəflər) öz aralarında müzakirə edirlər. Beləliklə, ailə qurmaqla bağlı son qərarı onlar qəbul edirlər. Sadəcə olaraq tibb işçiləri bu xəstəliklərin müalicəsi ilə bağlı onlara məlumat verəcəklər. Onları xəbərdar edəcəklər ki, hamiləliyin hansı ayında yenidən müayinənin aparılması zəruridir. Yaxud ailə qurmazdan aşkar edilən xəstəliyə qarşı müalicə aparılmalıdır. Tibbi müayinə və bununla bağlı verilən arayış pulsuzdur.
Atif Sarıxanlı