Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

NİKOİL BANK-ın işçisi vətəndaşın pulunu mənimsəyib

04.03.2020 12:39
328 baxış
  • Nəşr tarixi:
  • Məmmədov Salman adlı şəxs “a24.az”ın redaksiyasına müraciət edərək dələduzluq faktı ilə qarşılaşdığını, bununla bağlı müvafiq qurumlara müraciət etdiyini, amma indiyədək cavab almadığını dilə gətirib. 

    Об этом сообщает Роспрес

    Saytımız Məmmədov Salmanın müraciətini olduğu kimi təqdim edir:

    “Mən, Məmmədov Salman 11.12.2014-cü il tarixində NİKOİL BANK ASC-nin Sumqayıt filialından şəxsi özəl mənzilimin girovu müqabilində 21600 ABŞ dolları məbləğində kredit götürmüşdüm. Götürülən kredit məbləğinə görə aylıq ödənişləri də hər ay ödəmişəm. 2015-ci ilin mart ayında aylıq ödənişi həyata keçirmək istədiyim zaman həmin bankın səlahiyyətli işçisi Fərhadov Vüsal Əsəd oğlu məndən və oğlumdan 520 AZN və 438 AZN aldı və bildirdi ki, ABŞ dollarının kursu hələ müəyyən olunmayıb və may ayında AR Konstitusiya Məhkəməsi bu işə baxacaq. O zaman qəbul ediləcək qərara əsasən mən özüm ödənişi müəyyənləşən faizlə (kursla) ödəyəcəm. Bu zaman Vüsal Fərhadov heç bir qəbz verməmişdir. Sonra məlum olmuşdur ki, V.Fərhadov bizdən qəbul etdiyi ümumilikdə 958 AZN ödənişi mənimsəmiş, bizim hesabda olan depoziti icazəsiz götürərək ödəniş etmişdir. Bu günlərdə məlum olmuşdur ki, V.Fərhadov bizimlə yanaşı daha bir neçə nəfəri aldatmış və qonşu Türkiyəyə qaçmışdır. NİKOİL BANK rəhbərliyi isə işçisinin bu məsuliyyətsizliyindən boyun qaçıraraq cinayəti ört basdır edərək müştərilərinə etinasız yanaşır. Bizə bildirirlər ki, gedin özünüz V.Fərhadovdan pulunuzu tələb edin. V.Fərhadov mənim ödənişlərimi qeydiyyata salmadığına və nəticədə aylıq ödəniş gecikmələri yarandığına görə bank əməkdaşları mənim mənzilimi Məhkəməyə verməklə hədələdilər və bildirirlər ki, mənzil İpoteka müqaviləsində göstərilən qiymətdən də aşağı qiymət ilə satışa çıxarılacaq. Bu halın baş verməsindən narahat olaraq biz təkrarən ödədiyimiz məbləği yenidən banka ödəməli olduq. NİKOİL Bankın Sumqayıt filialında baş vermiş bu qanunsuzluqla bağlı iyun ayının 23-də Respublika Prokurorluğuna, DİN, Mərkəzi Banka, NİKOİL Bankın Baş ofisinə və Sumqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət etsəm də bu istiqamətdə hələ də bizə bir cavab verilməmişdir”.

    Новости