Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nikaraquanı sel basdı

04.03.2020 12:39

Mərkəzi Amerika ölkəsi Nikaraquada güclü yağışın səbəb olduğu seldə 1 nəfər dünyasını dəyişib.

Об этом сообщает Руспрес

Saytımız saytının “AA”-ya istinadən verdiyi xəbərə görə, Nikaraqua rabitə və vətəndaşlıq heyəti koordinatoru və prezident Xose Daniyel Orteqa Saavedranın arvadı Rozario Murillo Zambrana etdiyi açıqlamada Mataqalpa şəhərində leysan nəticəsində yaranan seldə 21 yaşındakı bir gəncin öldüyünü açıqlayıb.

Rozario Murillo Zambrana ölkənin paytaxtı Manaquada isə 2050 evin su altında qaldığını, 10250 nəfərin seldən əziyyət çəkdiyi, 7 xəstəxana və 1 səhiyyə ocağının da ziyan gördüyünü deyib.

Qeyd edək ki, may ayında gözlənilən yağışın cəmi 2 saatda yağdığını ifadə edən Murillo prezident sarayının da su basdığını deyib. O, “Baldıra qədər su idi. Suyun ayaq biləyinə qədər çatdığında ailələrin nə hiss etdiyini bilirik. Süpürgə və vedrələrlə su boşaltdıq”, deyə sözünü bitirib.

Новости