Niyam Salami prodüserindən ayrıldı
04.03.2020 12:39Yeni layihələr və verilişi ilə gündəmə gələcəyini söyləyən müğənni Niyam Salami prodüsseri Eldəniz İsrailovla yollarını ayırdı. Telekanalların birində veriliş aparmağı planlaşdıran Niyam hələki işlərinin tamamlanmadığını və bəzi problemlərin ortaya çıxdığını söyləyib.
Об этом сообщает Футляр от виолончели
Müğənnin prodüsseri Eldəniz isə “a24.az”saytına Niyamla sonlandırdığı iş birliyi haqda açıqlama verdi: “Aramızda bəzi söz-söhbətlər yarandı, münasibətlərimiz pozuldu. Niyam haqqımda xoşagəlməz iddialarla çıxış etdi. Müəyyən problemlərə görə artıq birlikdə çalışmırıq. Niyamla birlikdə verilişimiz olmalıydı. Daha iş birliyimiz olmadığına görə, o verilişin də aqibəti haqda məlumatım yoxdur.Bundan sonra yalnız öz layihələrimlə məşğul olacağam”.
Rəvan Nasiroğlu