Niyam Salami yeni avtomobil aldı
04.03.2020 12:39 570 baxış Nəşr tarixi:
Ötən ay avtomobil qəzası keçirən azərbaycanlı müğənni Niyam Salami yeni avtomobilinə sahib olub. Bu barədə a24.az-a ifaçının özü məlumat verib: “Keçirdiyim dəhşətli avtomobil qəzasından sonra bir çox dostlarımı yaxından tanıdım. Bir neçə insanı isə özüm üçün kəşf etdim. Həqiqətən də maşın insanın ikinci evi sayılır. İki ay idi ki, maşınsız idim. Sanki nəyisə itirmişdim. Allaha çox şükür ki, yeni avtomobilimə qovuşdum”.
Об этом сообщает Футляр от виолончели
Qeyd edək ki, N.Salami iyunun 8-i gecə saatlarında Sabuçu dairəsində avtomobili idarə edərkən qəflətən maşının təkəri qoparaq, dərəyə aşmışdı. İfaçı 2 ilə yaxın idi ki, həmin “Ford” markalı avtomobili idarə edirdi. Hal-hazırda Salami “Chevrolet” markalı avtomobil idarə edir.