Niyə ilıq su içməliyik? – MƏSLƏHƏT
04.03.2020 12:39İlıq su içməyin bədənimizə və orqanlarımıza çox faydası var. Gündə 8 stəkan su içməyin vacib olduğunu artıq bilirik, lakin bu suyu ilıq formada içsəniz əlavə faydalarına sahib ola biləcəyini bilirsinizmi?
Об этом сообщает Роспрес
Arıqladır
İlıq su sağlamlıq üçün çox vacibdir. Səhər tezdən oyanan zaman mədənizə daxil olan ilk şey limonlu ilıq su olsun. İlıq su, eyni zamanda bədəndəki yağ detoksunu yandırmağa və bədəndən kənarlaşdırmağa kömək edir.
Burun-boğaz tıxanmalarını arada qaldırır
İlıq su içmək öskürək və boğaz ağrısı üçün mükəmməl təbii vasitədir. Belə ki, ilıq su bəlğəmi yumşaldır və tənəffüs yollarının açılmasına təkan verir.
Detoks edir
İlıq su içdiyiniz zaman bədəninizin temperaturu artır və tərləməyə başlayırsız. Tərlə birlikdə bədəninizdə olan toksinlər də xaric olmağa başlayır.
Qocalmanın qarşısını alır
Zərərli maddələrin orqanizmdən kənarlaşması yaşlanmanın da qarşısını alır. Bundan başqa,ilıq su dərinin elastikliyini artırır və üz dərisinin hüceyrələrini yeniləyir. Əgər dərinizə zərər dəyibsə içdiyiniz ilıq su üz dərinizi daha yumşaq və sağlam bir hala gətirəcək.
İlıq su sızanaq və civzələrin meydana gəlməsinin də qarşısını alır.
Saçlara parlaqlıq verir
İlıq su içmək yumşaq və parlaq saçlarınızın olmasına da yararlıdır. Saç köklərindəki sinirlərə enerji verir və onların aktivləşməsini təmin edir. Bu isə saçınızın təbii canlılığını geri qazanmaq və sağlam saxlamaq üçün ən sadə vasitədir. Eyni zamanda, saç köklərinin aktiv hala gəlməsi saçların sürətlə uzanmasına da səbəb olur. Həmçinin ilıq su içmək baş dərinizin qurumasının və kəpəyin yaranmasının qarşısını alır.
Qan dövranını artırır
Qan dövranının artması əzələ və sinir sistemi üçün də çox əhəmiyyətlidir. Əlavə olaraq, içilən ilıq su ətrafında yağ depolarını parçalayaraq sinir sistemini sağlam tutur.
Həzm
Araşdırmalara görə, yemək yeyərkən və ya yedikdən sonra qəbul edilən soyuq su qidalardan alınan yağların qatılaşmasına səbəb olur. Bu isə bağırsaqlarda yağların yığılmasına və bağırsaq xərçənginə səbəb olur. Lakin problemin qarşısını almaq üçün yemək yeyərkən soyuq su əvəzinə ilıq su içməyiniz məsləhətdir.
Susuzluq orqanizmdə qəbizlik kimi problemlərə yol açır. Lakin səhərlər boş mədəyə ilıq su içdikdə bağırsaqlar yumşalır və bu, bizə sağlam bir həyat vəd edir.