Nobel prospektində hərəkət məhdudlaşdırılır
04.03.2020 12:39Bakının Alfred Nobel prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir.
Об этом сообщает Руспрес
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən “a24.az”a verilən məlumata görə, “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
A.Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər axşam saat 17:00-dək davam edəcək. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
“Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.