Erməni postlarını darmadağın edib, əsgərlərin meyitlərini düzdə qoyan topumuz
05.03.2020 10:40
Son günlərdə cəbhə xəttində atəşkəsin pozulma sayında artım var. Düşmən tərəf D-44 topları ilə susdurulur. Ordumuzun arsenalına daxil olan D-44 toplarının üstünlükləri nələrdir?
A24.Az xəbər verir ki, 85 millimetrlik D-44 topu diviziya topu olub, düşmənin artilleriya batareyalarını, canlı qüvvəsini, müəyyən istehkam qurğularını dağıtmaq və məhv etmək üçün istifadə edilir.
Bu topla 15800 metr məsafəni vurmaq mümkündür. Əsas vəzifə hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir.
Piyada qüvvələrinə yardım etmək üçün onların verdiyi hədəfləri sıradan çıxartmaq lazımdır. Top genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edən bir silahdır.
Об этом сообщает Футляр от виолончели

