Erməni “qanuni oğru” həbsxanadan yoxa çıxdı
05.03.2020 10:40Edik Tbilisili və Osetrina kimi də tanınan “qanuni oğru” Eduard Asatryanın qohumları və vəkilləri onu Çelyabinskdəki həbsxanada tapa bilməyiblər.
Об этом сообщает Футляр от виолончели
Saytımız “modern.az”a istinadən xəbər verir ki, onlar “qanuni oğru”nun yoxa çıxmasını onun həyatı üçün təhlükə kimi dəyərləndirirlər. Vəkil Muşeq Ayrapetyanın sözlərinə görə, onu sonuncu dəfə yanvarın 31-də görüblər. Fevralın 1-nə keçən gecə naməlum şəxslər onu həbsxanadan götürüb naməlum istiqamətə aparıblar.
Həbsxananın administrasiyası Asatryanın qohumlarına onun harada olduğunu deməkdən imtina edib.
Digər məlumata görə, məhkum növbəti dəfə başqa yerə etap olunur. O, hazırda qanunsuz narkotik saxladığına görə 3 illik cəza çəkir. Eduard Asatryani 2016-cı ilin may ayında Arxangelskdəki həbsxanadan oğlu Sergey Asatryana qarşı qaldırılan cinayət işi çərçivəsində Moskvaya gətirilib.
Onun işini aparan müstəntiqlər ata Asatryandan biznesmen Karen Karapetyanın 1,2 milyon dollarının əlindən alınması prosesində iştirakınan da şübhələniblər. Əgər bu şübhələr doğrularsa, onu yeni bir müddət gözləyir.
O, Yeni il ərəfəsində Çelyabinskdəki həbsxanaya gətirilib.

