Erməni tələbələri “erməni soyqırımı” haqqında danışan türk tarixçiyə etiraz etdi
05.03.2020 10:40Livanda yerləşən Müqəddəs Ruh Universitetində erməni tələbələr türk tarixçi İlber Ortaylının aprelin 4-də keçirdiyi “qondarma erməni soyqırımı” mühazirəsinə etiraz ediblər.
Об этом сообщает Роспрес
“A24.Az”ın erməni mediasına istinadən verdiyi məlumata görə, “Zavaryan” tələbə ittifaqının üzvləri tarixçinin “qondarma erməni soyqırımı” haqda söylədiklərinə etirazlarını bildiriblər.
Etiraz edən erməni tələbələr ayağa qalxaraq “Soyqırımı inkar”, “Türkiyə soyqırımda günahkardır!”, “Türkiyəyə təəssüflər olsun!”, “Biz burdayıq!” kimi şüarlar səsləndiriblər.
Erməni tələbələr üzərində “24 aprel”, “Şərqi Türkiyə – bura Qərbi Ermənistandır” yazılı ağ köynəkdə olub. Onları tarixçini həqiqəti danışmağa çağırıb, daha sonra auditoriyanı tərk ediblər.

