Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Erməni vəhşiliyi ucbatından yarım qalan həyatlar – FAKTLAR

05.03.2020 10:40

Ötən axşam ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak  olan iki azərbaycanlıdan biri də 18 aylıq körpə olub.

Об этом сообщает Руспрес

Heç kəsə sirr deyil ki, bu uşaq qatili ermənilərin öldürdüyü ilk azərbaycanlı körpə  deyil. Elə sübut olaraq Xocalı soyqrımı yetər…

Lakin nəzərə alsaq ki, ermənilərin tabe olması gərəkən beynəlxalq qətnamə və  konvensiyalar var, artıq onlar körpələrimizə qarşı aqressiyalarına son qoymalıdır.

Onu da deyək ki, 2010-cu ildən bəri ermənilər müxtəlif yollarla azyaşlı azərbaycanlı uşaqların həyatına son , valideynlərinin, yaxınlarının onlarla bağlı arzularını isə ürəklərində qoyublar.

Məsələn 2011-ci il martın 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən snayperlə 9 yaşlı Fariz Bədəlovu nişan alaraq, azyaşlı uşağın həyatını yarıda qoyub.

Elə həmin ilin iyulunda Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində ermənilər  partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağını Tovuz çayına buraxıb. Nəticədə həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq evə gətiriblər. Evdə oynayan zaman partlayış baş verib və 13 yaşlı Aygün həlak olub, anası isə yaralanıb.

2010-cu ildən bu yana ermənilərin öldürməyə cəhd etdiyi lakin xilas olmağı bacaran azərbaycanlı uşaqların da sayı az olmayıb. Belə ki, 2014-cü il iyunun 20-si səhər  saatlarında ermənilərin  Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutması nəticəsində 5 yaşlı Nurcan Nağıyeva ayağından güllə yarası alıb. Bu siyahını bir qədər də uzatmaq olar.

Əslində bütün bunlar “yetər” deməyə kifayət etsə də, nədənsə  hamı, bütün dünya  susur…Elə susqunluğun nəticəsidir ki, cani ermənilər körpə qətllərinə davam edir. Amma reallıq budur ki, erməni aqressiyasına və vəhşiliyinə son qoyulmazsa öldürülən Aygünlər, Farizlər, Zəhralar , yaralanan azərbaycanlı körpələr hələ çox olacaq…

Nərmin Kərim