Ermənilər Ağdam sakininin evini yandırdı – VİDEO
05.03.2020 10:40Ağdamın cəbhə kəndində ev yanıb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, hadisə rayonun Mirəşelli kəndində baş verib.
Qasımov Eldar İsrafil oğluna məxsus yaşayış evində çıxan yanğın yanğınsöndürənlərin köməyi ilə söndürülüb. Alovu söndürmək üçün hadisə yerinə iki yanğınsöndürən briqada cəlb olunub.
Evdə yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Eldar Qasımov APA TV-yə bildirib ki, gecə ermənilər kəndi atəşə tutduğu üçün evlərindən çıxaraq, yaxınlıqdakı kəndlərə gedib. Yanğın xəbərini onlara qonşular deyib. Ermənilərin yaşayış məntəqəsinə atdığı yandırıcı güllərdən birinin yanğına səbəb olduğu ehtimal edilir.
Yanğının dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq. /apatv

