Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənilər Azərbaycan tərəfinin hücumunu gözləyir – Bakı düyməyə basacaqmı?

05.03.2020 10:40

“Təmas xəttində vəziyyətin gərginləşməsi istənilən an mümkündür”.

Об этом сообщает Руспрес

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin müşaviri Tiqran Abramyan Qarabağadakı son günlər mövcud durumu şərh edərkən müsahibə zamanı bildirib.

Tiqran Abramyan vurğulayır ki, ümumiyyətlə cəbhədə vəziyyət dəyişkəndir: “Gərginləşmə hər an mümkündür. Xüsusilə son illərdə Azərbaycan çox yaxın məsafədə – hərbi hissələrdə, sərhəd xəttində olan bazalarında kifayət qədər böyük insan resursları və texnika yerləşdirib. Bu şəraitdə də vəziyyət qısa müddət ərzində dəyişə bilər. Müharibə riski həmişə mövcuddur. Hazırda isə vəziyyət “sərhəd müharibəsi” çərçivəsindədir. Amma yenə də deyirəm – Qısa müddət ərzində vəziyyət köklü surətdə dəyişə bilər. Söhbət konkret olaraq bugünkü hadisələr haqqında deyil. Ümumiyyətlə, ön cəbhədə illərlə yaranmış vəziyyət bunları deməyə əsas verir. Xüsusilə də ona görə ki, faktiki olaraq hazırda danışıqlar aparılmır”, – deyə Tiqran Abramyan əlavə edib.

Orxan Aslanlı