Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənilər Bakıya kimi “gəldilər”- Taksi sürücüləri onlara niyə vurğundur? – ŞOK VİDEO

05.03.2020 10:40

Sosial şəbəkələrdə azərbaycanlıları qəzəbləndirən video yayılıb.

Об этом сообщает Руспрес

Son zamanlar Super Sako adlı ifaçının Hayko adlı erməni ilə birlikdə ifa etdiyi “Mi Gna” mahnısı böyük səs-küyə səbəb olub. Bu dəfə Bakıda taksi sürücüsü sosial medianın hədəfi olub. A24.az xəbər verir ki, həmin taksinin sərnişini  jurnalist Səbirə Kazımova sosial şəbəkədə paylaşım edib:

“Mahnı çox şübhəli gəldi və taksi sürücüsünə bu mahnının kimə aid olduğunu soruşdum. Sürücü mahnının düşmən ermənilərə məxsus olduğunu dedikdə, özümdən asılı olmayaraq əsəbləşdim, nə deyəcəyimi bilmədim. Mənim simamın dəyişməsindən sonra mahnını dəyişdi”.

Qeyd edək ki, bu mahnı Özcan Deniz və Nüsrətin təqdimatında paylaşıldıqdan sonra da  Türkiyə və Azərbaycan mətbuatında pis hal kimi qarşılanmışdı.

Sürücünün mahnıdan xüsusi zövq aldığının şahidi oluruq. Həmin görüntüləri təqdim edirik.

Elvin Paşazadə