Azərbaycan müharibə şəraitində yaşayan bir dövlətdir və onun xoş gününü həzm edə bilməyərək müxtəlif məzmunlu dezinformasiyalarla buna kölgə salmağa çalışan bir düşməni var. Bu, hər kəs tərəfindən bilinən və dəyişməz bir həqiqətdir. Təbii ki, düşmənin əsas hədəfi ölkəmizi siyasi və hərbi məzmunlu xəbərlərlə istər ölkə ictimaiyyətində, istərsə də beynəlxalq arenada alçaltmaq, “zəif” tərəflərimizi ortaya çıxarmaqla öz vətəndaşlarına bir rahatlıq bəxş etməkdir.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, texnolgiya əsrinin olduğu nəzərə alındıqda, bunun üçün ən əlverişli yolun onlayn media və sosial şəbəkələr olduğu xüsusi vurğulanmalıdır. Ona görə də, internetdə, xüsusilə sosial mediada bəzən etdiyimiz kiçik bir yanlış çox böyük mənfi nəticələrlə müşayiət edilə bilər. Necə ki, bu, dəfələrlə baş verdi və bu gün də özünü bir daha göstərdi.
Bir neçə gün əvvəl Azərbaycan respublikasının vətəndaşı, Bərdə rayon sakini Elnur Hüseynzadə ermənilər tərəfindən əsir götürüldü. Ermənilər hər vəchlə ələ keçirdikləri şəxsin hərbçi olduğunu irəli sürsələr də, Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirdi ki, erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.
Burada xüsusi vurğulanacaq məqam onun tərxis olunması və hazırda hərbi xidmətdə olmaması idi. Nazirlik bu barədə rəsmi açıqlama yaysa da, bəzi Azərbaycan vətəndaşları və mətbu orqanları bilərəkdən, yaxud bilməyərəkdən erməni mətbuatının dəyirmənına su tökdü. Bunun əyani nümunəsi isə Ermənistanın mətbu orqanlarından biri olan razm.info saytında yerləşdirilən material idi.
Sayt əməkdaşları həmyerlilərimizin sosial şəbəkədə Elnur Hüseynzadə barədə yazdıqları statusları götürərək “Qohumları təkid edir, tutulan Azərbaycan əsgəridir” başlıqlı xəbər paylaşıblar. Bu isə erməni vətəndaşlarını və kriminal siyasi rejimini sevindirməkdən başqa bir şey deyil. Ona görə də, yazının içərisində foto formasında yerləşdirilən Azərbaycanca statuslar ürək ağrıdıcı məqamdır.
Məhz buna görə, hələ aprel döyüşləri və ondan əvvəl və sonraki dövlərlə Müdafiə Nazirliyi dəfələrlə açıqlama yayaraq KİV-ni və əhalini hərbi məsələlərdə ehtiyatlı olmağa çağırıb.
Təbii ki, bəzən yazdığımız bir status ölkənin və onun rəsmi orqanlarının imicini zədələyir, düşmənin dəyirmanına su tökür və bəzən biz bunun nəticələrini anlamaqda çətinlik çəkir, hətta “əşi, nə olacaq ki, bir statusdur da, yazdıq getdi” deyərək məsələni primitiv qarşılayırıq. Ancaq bu gün yazılan həmin məqalə nə qədər ehtiyatlı davranmalı olduğumuzu bir daha ortaya çıxardı.
Bütün bunlar nəzərə alınaraq xüsusilə hərbi məsələlərdə ehtiyatlı davranılmalı, rəsmi olmayan məlumatlar yazılmamalıdır. Çünki bizi daim pusquda izləyən mənfur bir düşmən var…
İlkin Mustafayev