Ermənilər təlaşa düşdülər – Azərbaycan S-500 alıcıları sırasındadır
05.03.2020 10:40Rusiya S-500 “Prometey” və “Аntey-4000” yeni zenit-raket komplekslərini (ZRK) ilk dəfə olaraq “Ordu-2017” sərgisi zamanı nümayiş etdirəcək.
Об этом сообщает Руспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, sərgidə iştirak etmək üçün Ermənistan Müdafiə Nazirliyinin rəhbərlik heyəti Moskvaya yola düşüb. Azərbaycan nümayəndə heyəti də sərgiyə qatılacaq. Rusiyanın “İzvestiya” nəşrinin verdiyi məlumata görə, Azərbaycan yeni S-500 zenit-raket sisteminin potensial alıcılar sırasında ola bilər. Ekspertlərin fikrincə, bu (S-500) sistem S-400 ZRK-nın modernizə edilmiş seriyasıdır və istənilən hədəfi vura bilir.
Rusiya nəşrinin məlumatından sonra Azərbaycanın alıcılar sıranda olar bilər ifadəsi ermənilər çox narahat edib. Yeni ZRK-nın daha dəqiq və istənilən hədəfi vura bilməsi Ermənistan Orudusunu təlaş içinə salır. Belə ki, yerli mətbuatda yazdıqlar kimi müasir sistem və böyük imkanlara malik olan S-500 sisteminin alıcıları içərisində Azərbaycanın olması onlarda bir sıra suallar yaradıb.
Erməni mətbuatının dərc etdiyi yazı da diqqət çəkən digər məqam isə, Türkiyənin S-400 sistemi alması ilə əlaqədardır. Çünki hər hansı gərgin bir vəziyyətdə Türkiyəyə məxsus S-400 ZRK-larını Azərbaycana verə biləcəyindən çəkinirlər.
Orxan Aslanlı

