Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənilər vahimədə! Tramp onları MƏYUS EDƏCƏK

05.03.2020 10:41

Yaxın Şərq siyasəti üzrə ixtisaslaşan Vaşinqton İnstitutu Amerika-Türkiyə münasibətlərinə dair dərc etdiyi hesabatda yeni seçilən ABŞ prezidenti Donald Trampa “erməni soyqırımı”nın ABŞ konqresi tərəfindən qəbul edilməməsi haqqında çağırış edib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, bu barədə “The Armenian Weekly” məlumat verib.

“Birləşmiş Ştatlar Türkiyəni əmin edir ki, ABŞ Konqresi “erməni soyqırımı”nı qəbul etməyəcək. Bu mövzu hər zaman qarşılıqlı münasibətlərdə kritik an olub və əksər türklərin laqeyd yanaşmadığı bir mövzudur”, – ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri və türk alim Soner Çağaptayın verdiyi hesabatda deyilir.

Bundan başqa, hesabatın müəllifləri Trampa irəli sürdükləri təklifləri dəyərləndirməsini, Türkiyə ilə münasibətlərinə nəzər yetirməsini, xüsusilə də hərbi əməliyyatlarda əməkdaşlığı gücləndirməyi, eləcə də Fəthullah Gülənin ekstradisiyasının təsdiq edilməsini irəli sürüb.

Qeyd edək ki, bu mövzuya Ermənistan mətbuatı geniş yer ayırıb.