Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənilərə belə zərbə vuran olmamışdı – İstanbul keşişini qurban etdilər

05.03.2020 10:41

Erməni Apostol Kilsəsinin İstanbul patriarxlığının arxiyepiskop əvəzi Aram Atəşyan qondarma “erməni soyqırımı” qətnaməsinin qurbanı oldu.
Hərbi siyasi icmalçı Nəriman Qarayev A24.Az-a açıqlamasında bildirib ki, mayın 24-də A.Atəşyan tutduğu vəzifədən zorla istefaya göndərilib: “Xatırladım ki, A.Atəşyan 2016-cı ildə Almaniya Bundestaqının “erməni soyqırımını” tanımasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana üzrxahlıq məktubu göndərərək Almaniya Bundestaqında qəbul edilmiş qətnamədən dolayı təəssüfləndiyini bildirmişdi. Keçən bir il ərzində həm Türkiyədə, həm işğalçı Ermənistanda, həm də erməni diasporunda ermənilər Atəşyana qarşı ciddi təzyiqlər göstərməyə başlamışdılar. Məskunlaşdıqları coğrafiyadan asılı olmayaraq erməni icmasında “ümummilli erməni ideyası” çərçivəsindən kənara çıxan hər hansı erməniyə qarşı ciddi təhlükə sayılacaq, hətta fiziki məhv etməyə qədər gedib çıxan erməni qruplarının mövcudluğu erməni icmalarında demokratiyanın olmadığını göstərir”.
Ekspert əlavə edir ki, Osmanlı İmperiyasının təbəliyində yaşayan erməni icmasına qarşı “Daşnaksutun” Erməni İnqlabi Federasiyasının terrorları, erməni icmanın zorla səltənətə qarşı üsyana sürükləmələri, 1918-20-ci illərdə Azərbaycan topaqlarında ingilis və amerikan hökümətlərinin təzyiqi ilə qurulmuş Ermənistan Respublikasının o vaxtı baş naziri olmuş, “Daşnaksutun” Erməni İnqilabi Federasiyasının qurucularından sayılan Hovanes Kaçaznuninin qurucusu olduğu siyasi təşkilatın türklərə və Azərbaycana qarşı fəaliyyətinə görə sonradan peşman olduğu üçün həbs edilərək öldürülməsi, müasir dövrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu ifadə edən “Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulan ermənilərin ölümlə təhdid edilməsi göstərir ki, mənşəyindən asılı olmayaraq erməni ictimai-siyasi və dini təşkilatları öz soydaşlarını (erməniləri) ciddi təzyiq və qorxu altında saxlayır. “Öz düşüncələrini azad ifadə edə bilməyən və yaxud azad fikir ifadə mədəniyyəti olmayan bir etnos beynəlxalq hüquqa istinadən öz müqəddəratını necə təyin edə bilər? Öz etnosunun fərdinə münasibətdə tolerantlıq göstərə bilməyən Ermənistan dövləti təbii ki, Azərbaycanda Bakı Metropoliteninde terror törətməliydi, 1988-ci ildə Ermənistanda zəlzələ zamanı ermənilərə yardıma gedən Azərbaycan könüllülərinin olduğu təyyarəyə yanlış koordinat verməklə qəzasına səbəb olmalıydı, Xocalı soyqırımını törətməli idi”, – deyə N.Qarayev əlavə edib.
İcmalçı sonda qeyd edib ki, hüquq ədəbiyyatında cinayətkar anlayışı var və bu cinayət törətmiş şəxsə verilən addır, eyni zamanda mütəşəkkil cinayətkarlıq termini də var, bu da bir neçə şəxsin bir araya gələrək cinayət törətdikləri üçün istifadə edilən anlayışdır. “Mən hüquqşünas deyiləm, amma bildiyim qədərilə hüquq ədəbiyyatında “ictimai, toplumsal cinayətkarlıq” anlayışı yoxdur. Ədəbiyyatda qeyd olunan terminin olmamasına baxmayaraq, real həyatda belə cinayət forması mövcuddur ERMƏNİ İCTİMAİ CİNAYƏTKARLIĞI”.
Orxan Aslanlı
 

Об этом сообщает Роспрес