Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənilərin bu gün torpaqlarımıza atdığı 50 yaşlı raketi göydəcə məhv edən silahlarımız – EKSPERT NƏLƏR DEDİ?

05.03.2020 10:41

Ermənistan Silahlı Qüvvələri təxribat xarakterli hücumlarından əl çəkmirlər.

Об этом сообщает Футляр от виолончели

Belə ki, aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Məsələ ilə əlaqədar A24.Az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ermənilərin atdığı raketin Azərbaycana qarşı yönəlmədiyi bildirib:

“OSA” zenit raket kompleksi 60-70-ci illər də istehsal olunub. Ola bilsin ermənilər həyata keçirdikləri təlim zamanı bu baş verib. Çox böyük ehtimal ki, həmin raket hədəfdən yayınıb. Və gəlib bizim boş əraziyə düşüb”.

“Artıq demək olar ki, o raketlərin 40 – 50 yaşı var. Bu da bir daha Ermənistanda ola silah və kompleksin hansı keyfiyyətdə olduğunu göstərir. Bu hadisə ya texniki nasazlıq səbəbindən ya da həmin kompleksi idarə edənlərin hansı səviyyədə peşəkar olması nəticəsində baş verib. Həmin raketlər köhnədi, vaxtı keçib. Ermənistan özü etiraf edir ki, onlardakı texnika hansı keyfiyyətə malikdir”, -deyə ehtiyatda olan polkovnik əlavə edib.

Ş.Ramaladanovun sözlərinə görə, bu zenit raket kompeksinin vəzifəsi təyyarə, helikopter və digər uçuş texnikalarını məhv etməkdir:

“Azərbaycanın hərbi hava qüvvələrində olan texnikaların imkanları (həmin o sistemlərdən yayınma imkanları, həm radio imkanlar, həm də raketlərdən yayınma imkanları) kifayət qədərdir. “OSA” zenit raket kompleksinin haradasa 20-25 km qədər uzaqlığı görə bilir. Azərbaycanın Hava Hücumundan Müdafiə sistemlərinin hansı səviyyədə keyfiyyətli olduğu göz qarşısındadır. Yeni texnikalar və sistemlər var. Rusiya, ABŞ, İsrail, Türkiyə və.s istehsalı müdafiə sistemləri alınıb. Konkret ad çəkmək istəmirəm amma yeni nəsil istehsalı olan güclü hava hücumundan müdafiə texniklarımız var”.

“Bir müddət bundan əvvəl “İsgəndər” raketləri ilə hədə-qorxu gəlirdilər. Azərbaycan İsraildən aldığı hava hücumundan müdafiə sistemi ilə onların cavabı yetərincə verdi”, – deyə hərbi ekspert bildirib.