Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənilərin məskunlaşdığı şəhərdə rus əsgərləri öldürüldü

05.03.2020 10:41

Rusiya Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu Deyr-əz-Zorda öldürülüb.

Об этом сообщает Руспрес

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Suriyadakı İŞİD terror qruplaşmasının üzvləri ilə Rusiya Ordusu arasında silahlı münaqişə yaşanıb. Nəticədə iki rus hərbçisi öldürülüb. Bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyindən də təsdiq ediblər.

Hadisə baş verən zaman Rusiya Ordusunun əsgərləri Deyr-əz-Zor şəhərinə doğru hərəkət edirmişlər. Həmin vaxt anidən bir partlayış baş verib və nəticədə hərbi qulluqçulardan biri yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Hazırda Suriya ordusu Rusiya Hava Qüvvələrinin dəstəyi ilə intensiv olaraq Deyr-əz-Zor şəhərinə doğru hərəkət edir.

Qeyd edək ki, Deyr-əz-Zor şəhəri paytaxtdan sonra Suriyanın ən böyük şəhərləri sırasında daxildir. Bu şəhər 1867-ci ilə qədər kiçik bir qəsəbə olub. Daha sonra 1915-ci ildə Anadoludan köçürülən bir çox Osmanlı ermənisi Deyr-əz-Zora gətirilib. Deyr-əz-Zorda bir erməni muzeyi və abidəsi var idi, ancaq sonradan İŞİD tərəfindən məhv edilib. Bundan başqa, şəhərdə kürd, erməni və suriyalılar da yaşayıb.

Orxan Aslanlı