Ermənilərin qondarma “erməni soyqırımı” fiaskosu, əsrlərlə davam edən yalan çökdü
05.03.2020 10:411915-ci ildə ermənilərin köçü haqda verilən qərarın səbəbləri “qondarma erməni soyqırımı” hadisələrinin 102-ci il dönümündə sənədli faktlarla ortaya çıxıb. Dövlət arxivlərindən əldə edilən 204 sənəd ilə ermənilərin 1890-cı ildən etibarən xarici qüvvələrin təsiri ilə planlı şəkildə üsyan etdiyi bildirilib.
Об этом сообщает Руспрес
Saytımızın əldə etdiyi məlumata görə, erməni hadisələrinin 102-ci ildönümündə Dövlət Arxivləri çox vacib əsərə imza atıb. Xüsusilə erməni diasporasının təsiri altında qalan, “sistemli və nizamlı bir erməni qiyamı daha sonra icad edildi, belə bir şey real olsaydı, sənədli sübutları olardı” iddiası “Köçə gedən yol” kitabında ətraflı yazılıb. Belə ki, sözügedən kitabda yer alan və ilk dəfə yayımlanan 204 sənəddə ermənilərin köçə gedən yolda necə planlı və ortaq hərəkət etdikləri aşkara çıxır. Əksəriyyəti şifrəli mesajlar daşıyan sənədlər 1915-ci il hadisələrinin arxa planlarını izah edir.
Kitabda Birinci Dünya Müharibəsinın əvvəllərində minlərlə məsum və yerli sakinlərin erməni qruplaşmaları tərəfindən öldürüldüyünə və ya xətər yetirildiyinə dair məlumatlar yer alır. 1915-ci ilin 22 aprel tarixində Sivas valisi Muammerdən Daxili İşlər Nazirliyinə edilən teleqrafda 16 kənddə qiyam məntəqələri hazırlanıb. Vilayətdəki 30 min ermənidən 15 mininin Rusiya ordusuna qatıldığı, qalan 15 min erməninin isə Osmanlı ordusunu arxada məşğul etməklə xidmətə göndərildiyi bildirilir.

