Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan 1 əsgər ölümü və yaralısını aylardı cəmiyyətdən gizli saxlayırmış

05.03.2020 10:41

Ermənistan tərəfi əsgər ölümü və yaralılarla bağlı məlumatı yenə də gizlədir.

Об этом сообщает Футляр от виолончели

Hərbi siyasi icmalçı Nəriman Qarayevin “A24.Az”a veridiyi məlumatına görə, bu ilin fevral ayında Ağdərə istiqamətində erməni hərbi birləşmələrinin Koryun Kirakosyan adlı əsgəri başından yaralanıb: “Əsgərin vəziyyəti hələ də ağır olaraq qalır. Yaralı əsgər K.Kirakosyanın anasının verdiyi məlumata görə, onun oğlu yaralandığı zaman, yanında olan digər əsgər güllə yarasından ölüb. Ancaq buna baxmayaraq, işğalçı Ermənistan tərəfi ölüm və yaralanma faktı ilə əlaqədar nə həmin tarixdə, nə də sonra heç bir açıqlama verməyib. Bu da bir daha onu göstərir ki, işğalçı Ermənistan cəbhə xəttində baş verən ölüm hallarını hələ də gizli saxlayır”, – deyə hərbi siyasi icmalçı əlavə edib.

Orxan Aslanlı